CƏMİYYƏT
Səyyar “ASAN xidmət” davam edir
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlara səyyar formada xidmətlərin həyata keçirilməsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sifarişli əsaslarla həyata keçirilən səyyar “ASAN xidmət” vasitəsilə 2021-ci il yanvar və fevral ayları ərzində Bakı və Sumqayıt şəhərlərində 53 kənardan qulluğa ehtiyacı olan əlilliyi olan şəxslər və 15 sağlamlıq imkanları məhdud olan uşaq üçün müxtəlif xidmətlər həyata keçirilib.
Xatırladaq ki, sosial həmrəyliyin təmin edilməsi məqsədilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.