CƏMİYYƏT
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Sabirabada gənclər arasında intellektual və idman yarışları keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
“Səyyar Gənclər Xidməti” layihəsi Sabirabad rayonunda işini yekunlaşdırıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, layihə Cavad, Qaratəpə və Qaraağac kəndləri üzrə 400-dən çox gənci əhatə edib.
Xidmət çərçivəsində gənclər üçün müxtəlif mövzularda təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər təşkil edilib.
Həmçinin əyləncə proqramları təşkil edilərək gənclər arasında müxtəlif intellektual və idman yarışları keçirilib.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.