CƏMİYYƏT


“Səyyar gənclər xidməti” layihəsi bu dəfə İmişli rayonunda həyata keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

Şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə də ucqar kəndlərdə yaşayan gənclər üçün fürsətlər yaradan, başlıca məqsədi gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsi olan “Səyyar gənclər xidməti” layihəsi bu dəfə İmişli rayonunda həyata keçirilib.

AZƏRTAC Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadla xəbər verir ki, İmişli rayonunun Cəfərli, Qaralar və Mirili kəndlərində keçirilən xidmətdən yüzlərlə gənc yararlanıb.

“Səyyar gənclər xidməti”nin başlıca məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır. Bu kontekstdə sözügedən bölgədə gənclərin maraqlarını əhatə edəcək mövzular üzrə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib.

Qeyd edək ki, 2022-ci il üzrə Biləsuvar rayonundan başlayan “Səyyar gənclər xidməti” bundan əvvəl Hacıqabul, Sabirabad, Saatlı rayonlarında həyata keçirilib və ümumilikdə 5 rayon üzrə 25 kənd olmaqla, 3 mindən çox gənc əhatə olunub.

Azərbaycan Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.