İQTİSADİYYAT
Səyyar vergi yoxlaması zamanı yoxlanılan dövr əlavə olaraq artırıla bilərmi?
Bakı, 19 aprel, AZƏRTAC
Vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı yoxlanılan dövr əlavə olaraq artırıla bilərmi?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən vergiödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu məcəllə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr artırıla bilər.
Lakin bu prosedur istənilən halda deyil, vergiödəyicisinin müraciəti əsasında keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda və ya cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin yaxud hüquq mühafizə orqanının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda həyata keçirilə bilər.
Həmçinin vergi orqanının müvafiq qərarı ilə yoxlanılan dövr Vergi Məcəlləsi ilə müəyyən edilmiş 3 illik dövrdən çox ola bilməz.