İQTİSADİYYAT


Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəliləyir

Bakı, 29 oktyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının əsas hədəfi vətəndaşlara ünvanlarda rahat, sürətli və keyfiyyətli xidmətlər göstərməkdir. Abşeron rayonu üzrə müxtəlif yerlərdə reallaşan kampaniyanın mobil xidmətləri artıq paytaxtın kənd və qəsəbələrində keçirilir. Səyyar avtobusun bu həftə növbəti dayanacağı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi olacaq. Kənd sakinləri 30-31 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 12 ünvanında yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək. İctimai əhəmiyyətli kampaniya sayəsində bütün xidmətlər ərazi idarələrində olduğu kimi göstərilir.

Sosial aksiyaya yeniliklərin cəlb olunması ilə daha çox vətəndaşın xidmətlərdən istifadəsi artıq təmin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.