CƏMİYYƏT


Səyyarə Məmmədova: Noyabrdan etibarən əhaliyə tinglərin paylanılmasına start verilib

Bakı, 3 dekabr, AZƏRTAC

Noyabrdan etibarən əhaliyə tinglərin paylanılmasına start verilib və ərazilərin iqlim şəraitinə uyğun olaraq müxtəlif növ tinglər paylanılıb. Bu günə kimi bir çox bölgədə, eyni zamanda, Bakı və Abşeron ərazisinin müxtəlif yerlərində - marketlərin qarşısında, yanacaqdoldurma məntəqələrində bu cür aksiyalar keçirilib. Bu gün də Xırdalan şəhərində tut tinglərinin paylanması yarmarkası təşkil olundu və vətəndaşlara 1000-ə yaxın tut tingi paylanıldı.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.

Nazirliyin şöbə müdirinin sözlərinə görə, yarmarkanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır: “Ümid edirik ki, vətəndaşlar bu fürsətdən yararlanacaq, tinglərə qulluq edib onları yetişdirəcəklər. Bununla da həm ölkəmizin yaşıllaşdırılmasında pay sahibi olacaqlar, həm də əkdikləri ağacların bəhrəsini görəcəklər”.

Xatırladaq ki, ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə dekabrın 3-də Xırdalan şəhərində əhaliyə tut tinglərinin paylanması yarmarkası keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.