DÜNYA


“Sharp” şirkəti 5G şəbəkəsi üçün smartfonunun prototipini təqdim edib

Tokio, 9 may, AZƏRTAC

Yaponiyanın elektron məhsulları istehsalı sahəsində tanınmış “Sharp” şirkəti ilk dəfə “5G” mobil şəbəkəsi üçün özünün smartfon prototipini təqdim edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, şirkət gələn ilin yazından başlayaraq belə qacetlərin kütləvi istehsalına başlamağı planlaşdırır.

“Sharp” şirkətinin rəsmi nümayəndələri Tokioda yeni qurğunun necə işlədiyini nümayiş etdiriblər. Onun “5G” şəbəkəsi vasitəsilə böyük həcmdə məlumatları bir an içərisində yüklədiyi məlum olub.

Yaponiyada “5G” mobil xidmətlərinin nümunə şəklində cari ilin yay aylarından təqdim ediləcəyi bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.