DÜNYA


“Shell” və “Total” ikinci rübü mənfəətlə başa vurub

Bakı, 30 iyul, AZƏRTAC

Neft-qaz nəhəngləri “Shell” və “Total” şirkətləri analitiklərin gözləntilərindən fərqli olaraq ticarət əməliyyatları sayəsində ikinci rübü mənfəətlə tamamlayıb.

AZƏRTAC xəbər verir ki, “Shell” və “Total” geniş ticarət əməliyyatları sayəsində enerji sektoru üçün ən pis rüb olacağı gözlənilən ikinci rübü mənfəətlə başa vurub. Hər iki şirkətin neft treyderləri yaxşı gəlir gətirib.

“Shell”in ikinci rübdəki mənfəəti illik müqayisədə 82 faiz azalaraq 638 milyon dollar təşkil edib. Lakin analitiklər şirkətin 664 milyon dollar zərər edəcəyini proqnozlaşdırırdılar.

“Total”ın mənfəəti isə 126 milyon dollar olub. Analitiklər 443 milyon dollar zərər gözləyirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.