DÜNYA


“Shell”in üçüncü rübdəki mənfəəti proqnozlardan aşağı olub

Bakı, 1 noyabr, AZƏRTAC

Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” bu ilin üçüncü rübündə 5,62 milyard dollar xalis mənfəət əldə edib.

AZƏRTAC “Shell”ə istinadla xəbər verir ki, şirkətin hesabat dövründəki pul köçürmə əməliyyatları isə 60 faiz nisbətində artaraq 12,1 milyard dollara çatıb.

Bu göstəricilərlə şirkətin üçüncü rübdəki mənfəəti proqnozlardan aşağı olub. Belə ki, analitiklər qeyd edilən dövrdə “Shell”in xalis mənfəətinin 5,76 milyard dollar civarında olacağını proqnozlaşdırırdı.

Rüb ərzində “Shell”in neft-qaz hasilatı əvvəlki rüblə müqayisədə 2 faiz azalaraq 3,596 milyon barrel neft ekvivalenti olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.