İDMAN


“Shuttle Time Azerbaijan 2022” layihəsi Şamaxıda

Bakı, 6 dekabr, AZƏRTAC

Şamaxıda “Shuttle Time Azerbaijan 2022” layihəsi icra olunub.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihədə Şamaxıda təhsil alan 80 məktəbli iştirak edib.

Onlar əvvəlcə badminton haqqında nəzəri biliklər əldə ediblər. Daha sonra əyləncəli badminton məşğələləri ilə yeni bacarıqlar qazanıblar.

Sonda fəal iştirakçılara badminton ləvazimatları hədiyyə olunub.

Qeyd edək ki, layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi ilə icra olunur.

Bu günədək Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncə, Naxçıvan, Şamaxıda həyata keçirilən layihə Tovuz və Sabirabad rayonlarında davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.