SİYASƏT


Si Cinpin: Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır

Bakı, 24 may, AZƏRTAC

Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır. Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda öz əksini tapıb.

“Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram”, - deyə Si Cinpin məktubda qeyd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.