DÜNYA


Si Cinpin: Çin KXDR ilə ABŞ arasında dialoqun davamını arzulayır

Pekin, 7 dekabr, AZƏRTAC

Çin Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə ABŞ arasında dialoqun və daha ciddi nəticələrin əldə olunması istiqamətində işin davamını arzulayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Pekində səfərdə olan KXDR xarici işlər naziri Ri Yon-ho ilə görüşdə deyib.

İki ölkə arasında əlaqələrə və regional məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

ÇXR Sədri deyib ki, rəsmi Pekin Kim Çen Inın liderliyi ilə KXDR-in milli maraqlarına uyğun inkişafını dəstəkləyir. İl ərzində Koreya yarımadasında müsbət proseslərin müşahidə olunduğunu qeyd edən Si Cinpin, Çinin KXDR ilə Koreya Respublikası arasında münasibətlərin hərtərəfli inkişafını dəstəklədiyini bildirib.

KXDR xarici siyasət idarəsinin rəhbəri Ri Yon-ho iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümünün qeyd olunması üçün Çin tərəfi ilə işləyəcəklərini, bunun tərəflərin ənənəvi dostluğu gücləndirəcəyini deyib.

Ri Yon-ho ölkəsinin Koreya yarımadasının nüvə silahsızlaşdırılması prosesinə sadiq olduğunu, bu məsələ ilə əlaqədar Çin tərəfi ilə daha çox əlaqələndirmənin tərəfdarı olduqlarını bəyan edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.