DÜNYA


Si Cinpin: Ukrayna böhranının siyasi həlli Avropanın maraqlarına cavab verir

Si Cinpin: Ukrayna böhranının siyasi həlli Avropanın maraqlarına cavab verir

Bakı, 1 dekabr, AZƏRTAC

Ukrayna-Rusiya müharibəsinin siyasi vasitələrlə həlli Avropanın maraqlarına uyğundur.

AZƏRTAC Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, bu barədə ÇXR lideri Si Cinpin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Pekində keçirdiyi görüşdə deyib.

“Ukrayna böhranının siyasi yolla həlli ən çox Avropanın və bütün Avrasiya ölkələrinin maraqlarına cavab verir”, - deyə Si Cinpin bildirib.

Onun sözlərinə görə, ÇXR Avropa İttifaqı ilə dinc yaşamağa və obyektiv münasibətə ümid bəsləyir: “Ümid edirik ki, Avropa İttifaqının üzvləri və mexanizmləri Çin haqqında obyektiv və etibarlı təsəvvür formalaşdıra biləcək”.

Tərəflər Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar. “Çin Ukraynada vasitəçilik rolunun artırılmasında Avropa İttifaqını dəstəkləyir, Avropanın balanslı, effektiv və davamlı təhlükəsizlik arxitekturasının qurulmasına ümid edir. Pekin hər zaman sülh tərəfdarı olub və öz konstruktiv rolunu oynamaqda davam edəcək”, - deyə Si Cinpin vurğulayıb.

Çin lideri Avropa İttifaqı Şurasının rəhbəri ilə görüşündə Ukraynada gərginliyin qarşısını almağa çağıraraq qeyd edib ki, hazırkı vəziyyətdə böhranın eskalasiyasına və genişlənməsinə yol verməmək, sülhün bərqərar olunması və danışıqlar üçün səy göstərmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.