CƏMİYYƏT


Sian və Mienyan sakinləri yardımlara görə Azərbaycana minnətdarlıq edirlər

Pekin, 17 fevral, AZƏRTAC

Çində yayılan yeni tip koronavirus epidemiyası ilə əlaqədar Sumqayıtdan Çinin Mienyan və Sian şəhərlərinə göndərilən yardımlar artıq ünvana çatıb.

AZƏRTAC xəbər verir ki, yüklərin təhvilalınma mərasimində çıxış edən Mienyan şəhər xalq hökumətinin sədr müavini xanım Cian Liyin Çində koronavirusa yoluxanların sayının çoxalması ilə bağlı ölkədə tibbi ləvazimata olan tələbatın artdığını söyləyib. Bu çətin günlərdə Azərbaycandan göndərilən yardım epidemiya ilə mübarizəyə və qabaqlayıcı tədbirlərə dəstək olmaqla yanaşı, həm də Çin xalqına mənəvi dəstək olub. Azərbaycan çətin günlərdə Çinin kədərini bölüşdü və epidemiya ilə mübarizədə Çinin yanında olduğunu nümayiş etdirdi.

Mienyan hökuməti və sakinləri adından azərbaycanlı dostlara dərin təşəkkürünü və hörmətini ifadə edən Cian Liyin, Sumqayıt və digər ölkələrin dost şəhərlərindən göndərilən yardımlar hesabına və Mienyan sakinlərinin səyi ilə epidemiyaya qalib gəlmək mümkün olacaq.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Siçuan vilayətinin Mienyan şəhərinə epidemiya ilə mübarizə və qabaqlayıcı tədbirlərdə istifadə olunmaq üçün tibbi ləvazimatlar göndərib. Bura 100 min bone (papaq), 40 min tibbi maska, 100 min steril əlcək, 100 min millilitr spirt, 100 min baxıl, 5 kiloqram xloramin (toz), 1850 tablet xloramin daxildir.

Bununla kifayətlənməyən sumqayıtlılar növbəti mərhələdə Çinin Sian şəhərinə 40 min ədəd tibbi maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 millilitrlik qabda spirtdən ibarət yardım göndəriblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.