DÜNYA


“Sibirin gücü” təbii qaz boru kəmərinin tikintisinin 95,5 faizi tamamlanıb

Bakı, 29 oktyabr, AZƏRTAC

“Sibirin gücü” təbii qaz boru kəmərinin (“Power of Siberia”) inşasının 95,5 faizi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom” şirkəti məlumat yayıb. Bildirilir ki, 2064 kilometrdən çox boru kəməri qaynaqlanıb və Yakutskdan Rusiya-Çin sərhədinədək düzülüb. Amur çayından keçən boru kəmərinin qoşa xəttinin tikintisinin 90 faizi tamamlanıb və hər iki tuneldən borular keçib. Sərhəddəki Atamanskaya kompressor stansiyasının inşası isə davam edir.

Qeyd edək ki, “Power of Siberia” ümumilikdə 20 milyard dollara başa gələcək. Layihə üzrə Yakutskda 120-dən çox qaz quyusu tamamlanıb.

“Sibirin gücü” qaz boru kəməri Rusiyanın Sibirdəki Yakutsk və İrkutsk qaz istehsalı sahələrində hasil edilən qazı Şərqi Asiyaya və Çinə nəql edəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 61 milyard kubmetr təşkil edəcək və kəmərin uzunluğu 3 min 968 kilometr olacaq.

2014-cü il mayın 21-də “Qazprom” ilə Çinin Milli Neft Şirkəti (CNPC) növbəti 30 ildə şərq marşrutu boyunca Çinə qaz tədarükü haqqında müqavilə imzalayıb. “Sibirin gücü” boru kəməri istifadəyə verildikdən sonra ildə 38 milyard kubmetr Rusiya qazı Çinə nəql olunacaq. Çinə ilk qaz ixracı 2019-cu ildə planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.