REGİONLAR
Şiddətli dolu Qusar və Quba rayonlarında bir sıra fəsadlar törədib VİDEO
Qusar, 27 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 26-sı yağan şiddətli dolu Qusar və Quba rayonlarında bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında 5 dəqiqə ərzində yağan dolu əsasən biçilməmiş taxıl, tərəvəz sahələrinə və meyvə bağlarına ziyan vurub.
Güclü küləklə müşayət olunan dolu nəticəsində Qusar rayonunun Çiləgir kəndində Pərviz Mustafayevə məxsus evin damı uçub, 40 hektara yaxın taxıl, 27 hektar tərəvəz sahəsi yararsız vəziyyətə düşüb.
Dolu Quba rayonunun bir sıra ucqar yaşayış məntəqələrində də fəsadlar törədib.
İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdən bildirilib ki, dolu meyvə bağlarına, taxıl sahələrinə, kələm, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan vurub.
Rayon icra hakimiyyətlərində dolunun fəsadları ilə bağlı müraciətlər araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]