“Siemens” konserni Rusiyanı tərk edir
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Almaniyanın “Siemens” konserni Rusiyadakı fəaliyyətini dayandırmağı qərara alıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın Baş direktoru Roland Buş bildirib. Onun sözlərinə görə, konsern Rusiyanın Ukraynaya qarşı təcavüzünü qınayan beynəlxalq ictimaiyyətə qoşulur və diqqətini humanitar yardım göstərilməsinə yönəldir.
“Siemens” kompaniyasının Rusiyadakı müəssisələrində 3 minə yaxın insan işləyirdi.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri, həmçinin yüzlərlə iri kompaniyalar bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib.

Xəbərin mətnində orfoqrafik səhv var