Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

“Signify” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 22 may, AZƏRTAC 

Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, 1891-ci ildə yaranan bu şirkət dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Baş icraçı direktor Erik Rondolat: Sabahınız xeyir.

Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.

Erik Rondolat: Vaxt ayırdığınıza görə minnətdaram. Mən də Sizi görməyimə çox şadam.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Davosdakı görüşümüzü xatırlayıram. Mənə verilən məlumata görə, o vaxtdan bəri bizim yaxşı irəliləyişimiz olub. Baxmayaraq ki, koronavirusla bağlı vəziyyət bizim planlarımıza bir az müdaxilə etdi, lakin mənə məlumat verildiyi kimi, bizim müzakirə etdiklərimizin və razılaşdırdıqlarımızın hamısı indi icra mərhələsindədir.

Erik Rondolat: Bəli, tamamilə doğrudur. Çox məmnunuq ki, Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir. Həmin layihə davam edir. Eyni zamanda, çox şadıq ki, Siz bizə tam dəstək verirsiniz. Bu işə bağlantının yaradılması ilə başladıq. Bu, ona görə edilir ki, sonrakı mərhələdə quraşdırılan işıqlar arasında bağlantı mümkün olsun.

Prezident İlham Əliyev: Çox yaxşı. Şadam ki, bayaq da qeyd etdiyim kimi, hər şey cədvələ uyğun olaraq gedir. Mənə məlumat verildi ki, Davosdakı görüşdən sonra sizin komandanız bizi mart ayında ziyarət etmişdir. Sizin də qeyd etdiyiniz kimi, sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq. Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq.

Erik Rondolat: Bəli, biz də dəqiqliklə həmin işləri görmək istərdik. COVID-19 səbəbindən bizdə işin icrası ilə bağlı müəyyən yubanma ola bilər. Lakin hesab edirəm ki, hamımız işin başa çatdırılmasına köklənmişik.

Erik Rondolat işıqlandırma sistemlərinin quraşdırılmasının şəhərin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində rolunu qeyd etdi. Pandemiya bitəndən sonra təmsil etdiyi şirkətin Azərbaycanla əməkdaşlığının uğurla davam edəcəyinə ümidvar olduğunu dedi.

Erik Rondolat: Biz çox fərəhlənirik ki, işıqlandırmanın ən son yeniliklərini Bakıda tətbiq edə biləcəyik.

Prezident İlham Əliyev: Bəli, təşəkkür edirəm. Bilirəm ki, şirkətiniz artıq Azərbaycanda dövlət və özəl sektorla bir neçə layihə həyata keçirib. Lakin Davosda müzakirə etdiyimiz və indi birgə icra etdiyimiz bu layihə, əlbəttə ki, ən böyük miqyaslı layihədir. Əvvəllər də müzakirə etdiyimiz kimi, onun gələcək üçün böyük potensialı var. Çünki bu, birinci təcrübədir. Mən əminəm ki, bu, çox uğurlu bir təcrübə olacaqdır və sonra da bələdiyyə, şəhər idarəetmə orqanları bunun faydasını görəcəklər. Bildirildi ki, biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər üçün, ixrac üçün qənaət edəcəyik və şəhərin həyatını daha da yaxşı edəcəyik.

Erik Rondolat: Əvvəlcə qeyd etdiyim kimi, biz sonrakı mərhələdə bağlantını da təmin edəcəyik və onun sayəsində əlavə imkanlar ortaya çıxacaq. Beləliklə, Bakı şəhərinin işıqları “Ağıllı şəhər”in komponentinə çevriləcək. Bir daha verdiyiniz dəstəyə görə minnətdaram.

Prezidentin köməkçisi Natiq Əmirov “Signify” şirkəti ilə əməkdaşlıqdan və perspektiv layihələrdən danışdı.

Natiq Əmirov: Cənab Prezident. Əvvəla sıx iş qrafikinizə rəğmən bu görüşü təşkil etdiyinizə və bizə “Signify” şirkəti ilə birlikdə bu layihə ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı yaratdığınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Əslində “Bakı ağıllı şəhər” işıqlandırılması layihəsi üzrə işlərin gedişi hazırda çox yaxşıdır və bir çox işlər görülmüşdür. Onlar bizim müqaviləni tamamlayıblar. İyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacaq və idxal prosesi sentyabrın sonu, oktyabrın əvvəlində başa çatacaq.

Erik Rondolat: Cənab Prezident, bir məsələni də qeyd edim. Bütün dünyada hazırda böhrandır. Bilirik ki, Siz pandemiyanı dayandırmaq üçün Azərbaycan Respublikasında çox ciddi tədbirlər görürsünüz.

“Signify” şirkətinin baş icraçı direktoru COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparıldığını dedi və bu sahədə ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğuladı.

Prezident İlham Əliyev: Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub. Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm.

Şirkətin MDB üzrə baş meneceri Erik Benedetti Bakının müxtəlif hissələrinin, o cümlədən şəhərin mərkəzi tarixi hissəsinin müvafiq şəkildə işıqlandırılması ilə bağlı aparılan işlərdən danışdı.

Şirkətin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə satış Meneceri Andrey Zaxarkiv Bakıda həyata keçiriləcək “Ağıllı şəhər” layihəsindən danışdı və pilot layihənin icrası üçün işlərin hazır olduğunu dedi.

Erik Rondolat kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması sahələrində əməkdaşlıq məsələlərinə toxundu, ölkəmizlə bu istiqamətlərdə təcrübəni bölüşməyə hazır olduğunu dedi. Söhbət zamanı kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi və bu işdə gənc kadrların hazırlanması məsələləri də müzakirə olundu.

Prezident İlham Əliyev: Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır.

Erik Rondolat: Təşəkkür edirəm, cənab Prezident. Bilirəm ki, Siz çox məşğulsunuz. Bizə bu səhər vaxt ayırdığınıza və Davosdakı son görüşümüzdən sonra işlərin olduqca sürətli həyata keçirilməsinə görə çox təşəkkür edirəm. Siz bizim şirkətə və şəxsən mənə arxalana bilərsiniz. Biz planlaşdırdığımız bütün birgə layihələri dəstəkləməyə hazırıq. Mən çox şadam ki, Siz ölkənizdə texnologiyaların inkişafına önəm verirsiniz. Çünki bir çox hallarda bəzi ölkələr texnologiyanın ölkənin inkişafı üçün bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət vermir. Azərbaycanda isə Siz bu texnologiyaların çox mütərəqqi olduğunu nümayiş etdirirsiniz. Sizin vaxtınızı çox almaq istəmirik. Sizinlə danışmaq imkanına görə çox şadam və Azərbaycan Respublikasına tərəqqi arzulayıram. Bilirəm ki, bu ayın 28-i Respublika Günü qeyd edilir. Mən Ramazan ayının qeyd edildiyi bir ölkədə doğulmuşam və bilirəm ki, bu gün Ramazan ayının son günləridir. Bu münasibətlə də Sizi təbrik edirəm və bir daha dərin minnətdarlığımızı bildirirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Mən bizim şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm, onlar nəticəyə hədəflənmiş münasibətlərdir. Düşünürəm ki, bu, insanların həyatını yaxşılaşdırmaq, iqtisadiyyatı gücləndirmək, resurslara qənaət etmək və kənd təsərrüfatında daha çox nəticə əldə etmək üçün sizin müasir texnologiyalarla bizim ölkənin bu texnologiyaların tətbiqində liderlərdən biri olmaq istəyinin çox yaxşı vəhdətidir. Mən bilirəm ki, sizin şirkətiniz bu sahədə dünyada aparıcı şirkətlərdən biridir. Ona görə də nə qədər çox yeni texnologiya ixtira etsəniz, birgə əməkdaşlığımız üçün bir o qədər çox imkan yaranacaq. Buna görə sizə təşəkkür edirəm. Tezliklə sizinlə şəxsən görüşməyə ümid edirəm.

Erik Rondolat: Mən də Cənab Prezident.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

“Signify” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib YENİLƏNİB VİDEO

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb