İQTİSADİYYAT


Sığorta ilə bağlı uşaqlar arasında keçirilən müsabiqələrin qalibləri təltif edilib

Sığorta ilə bağlı uşaqlar arasında keçirilən müsabiqələrin qalibləri təltif edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Nazirlər Kabinetinin 2019-cu iI 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) İcbari Sığorta Bürosu (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə birlikdə genişmiqyaslı layihələr həyata keçirir.

AMB-dən AZƏRTAC-a bildirilib ki, layihələr çərçivəsində “Maliyyə savadlılığı ayı” (2021-ci ilin noyabrı) ərzində “Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib. Virtual kurs müsabiqəsində 60 məktəb və 205 şagird, rəsm müsabiqəsində isə 64 məktəbdən 309 məktəbli iştirak edib. Hər iki müsabiqə məktəblilər tərəfindən olduqca maraqla qarşılanıb.

Yanvarın 25-də müsabiqədə qalib olan və fərqlənən məktəblər və şagirdlər Mərkəzi Bankda təltif edilib, onlara sertifikatlar və hədiyyələr təqdim olunub. Müsabiqədə qalib gələn və fərqlənən şagirdlərin çoxluğunu nəzərə alaraq şagirdlərin digər qisminin təltif mərasimləri yanvarın 26-28-də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.