İQTİSADİYYAT


Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Bakı, 10 avqust, AZƏRTAC

Sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankında (AMB) attestasiyalar keçirilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən attestasiyada iştirak edən 5 namizəddən 2 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.