İQTİSADİYYAT
Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri açıqlanıb
Bakı, 20 may, AZƏRTAC
Sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) attestasiyalar keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən attestasiyada iştirak edən 10 namizəddən 1-i keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]