İQTİSADİYYAT


Sığorta savadlılığının artırılması ilə bağlı layihəyə başlanılıb

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair memorandum”un icrasına başlanılıb.

ASA-dan AZƏRTAC-a bildirilib ki, sorğuların keçirilməsi məqsədilə cari ilin fevral ayında təşkil olunmuş tenderin qalibi olmuş “SIAR Research and Consulting Group” şirkəti əldə olunan ilkin sorğu nəticələrini memorandum tərəflərinə təqdim edib. Təşkil olunan sorğunun respondentləri Bakı və 12 regional şəhərdə yaşayan 18-65 yaş arasında olan əhali və biznes subyektlərindən ibarət olub. Sorğunun ümumi nəticələrinə görə, respondentlərin cavablarında neytral mövqe müşahidə olunmayıb, əhali və biznes subyektləri daha çox dəqiq cavablara üstünlük verilib. Bu da öz növbəsində memorandumda müəyyən olunmuş istiqamətlərin növbəti mərhələdə daha effektiv realizə olunmasına zəmin yaradır.

Qeyd edək ki, müvafiq memorandum 2020-ci il iyulun 21-də Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanıb. Memorandumun başlıca istiqaməti isə sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.