İQTİSADİYYAT


Sığorta sektorunda lisenziyasının qüvvəsi məhdudlaşdırılan sığortaçı və lisenziya verilən sığorta vasitəçiləri açıqlanıb

Bakı, 13 may, AZƏRTAC

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) idarə heyətinin qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Elçin Mübariz oğlu Bağırlıya sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "AXA MBASK" Sığorta Şirkəti ASC-nin müraciəti əsasında idarə heyətinin eyni tarixli qərarı ilə Qanunun 105.1.1-ci maddəsinə və MBNP-nin Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq "AXA MBASK" Sığorta Şirkəti ASC-yə "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" və "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə "AXA MBASK" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.