İQTİSADİYYAT
Sığorta şirkətlərinin minimal kapitalı 10 milyon manata çatdırılacaqdır
Bakı, 20 iyun (AZƏRTAC). Sığorta şirkətlərinin minimal kapital tələbi 5 milyon manatdan 10 milyon manatadək artırılacaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında məlumat vermişdir.
Nazir bildirmişdir ki, bu, sığorta bazarının əsas iştirakçıları üçün problem yaratmayacaqdır. Çünki artıq bir sıra sığorta şirkətlərinin kapitalı 10 milyon manatdan çoxdur.
S.Şərifov vurğulamışdır ki, kapitalın artırılması vacibdir. Sığorta şirkətlərinin imkanı çatmalıdır ki, hadisə baş verdikdə sığorta ödənişini həyata keçirə bilsinlər.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]