İQTİSADİYYAT


Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 12-13-də sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər attestasiyaya dəvət olunurlar. Attestasiyada 7 sığortaçı iştirak edəcək.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.