İQTİSADİYYAT


Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılır

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) IT (informasiya texnologiyaları) komitəsinin yaradılması ilə bağlı qərar verilib.

ASA-dan AZƏRTAC-a verilən məlumata görə, yeni komitənin yaradılması ilə bağlı müvafiq qərar assosiasiyanın Müşahidə Şurasının cari ilin 2-ci rübünün yekunlarına həsr olunmuş iclasında müzakirə olunaraq qəbul edilib. Yeni komitənin yaradılmasında başlıca məqsəd yerli sığorta bazarında fəaliyyət göstərən şirkətlərin informasiya texnologiyaları sahəsindəki ümumi problemlərinin daha çevik və sistemli şəkildə həll edilməsindən, eyni zamanda, şirkətlərdəki IT istiqamətinin inkişafının stimullaşdırılmasından ibarətdir. Məlumata görə, komitənin üzv heyətinin formalaşdırılması məqsədilə sığorta şirkətlərinə artıq müraciət də ünvanlanıb.

Qeyd edək ki, bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasındakı komitələrin sayı 4-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.