İQTİSADİYYAT


Sığortaçılar üçün növbəti attestasiya keçiriləcək

Bakı, 2 iyul, AZƏRTAC

Sığortaçılar üçün növbəti attestasiya keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər (siyahı əlavə olunur) attestasiyaya dəvət olunurlar. Attestasiya iyulun 8-dən 11-dək keçiriləcək.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.