İQTİSADİYYAT


Sığortalı kreditləri də varislər ödəməlidir? - açıqlama

Sığortalı kreditləri də varislər ödəməlidir? -  açıqlama

Bakı, 24 may, AZƏRTAC

Həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, həyat sığortasının əsas özəlliyi məhz borclanan dünyasını dəyişərsə, qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə, varisindən vəsait tələb olunmasın.

Qeyd edək ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtlərdəndir. Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ sığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu, həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.