CƏMİYYƏT


Şikayət yerində araşdırılıb

Bakı, 3 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şikayətlə bağlı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində monitorinq və araşdırma aparılıb.

Sözügedən ərazidə çirkab su axan hissədən nümunələr götürülüb, analizlər aparılıb. Analizlərin nəticələrinə görə suyun tərkibində çirkləndirici maddələrinin normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh olan Bakı Su kanal İdarəsinin rəisi Habil Quliyev barəsində akt və protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.