MƏDƏNİYYƏT


“Silahdaşlar” filmi ilk dəfə təqdim edilib

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da “Salnaməfilm” studiyasında ekranlaşdırılan “Silahdaşlar” tammetrajlı sənədli filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində təqdim olunan filmin quruluşçu rejissoru Nizami Abbasdır.

Ekran əsərinin ssenari müəllifi, Xalq artisti Ramiz Fətəliyev çıxış edərək filmlə bağlı fikirlərini bölüşüb, onun çəkilmə səbəblərindən danışıb. Bildirib ki, ekran əsəri 1990-cı il 20 yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir. O, 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu bildirib. Filmin sözügedən mövzu ilə bilavasitə bağlı olduğunu deyən R.Fətəliyev, çəkilişdə zəhməti olan hər kəsə təşəkkür edib.

Sonra ekran əsəri nümayiş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.