ELM VƏ TƏHSİL


Silahla təchiz edilən dron yaradılacaq

Bakı, 12 mart, AZƏRTAC 

Sinqapurun “ST Kinetics” şirkəti müxtəlif növ atıcı silahlarla təchiz edilən hərbi pilotsuz uçan aparatlar yaratmaq niyyətindədir.

AZƏRTAC “hitech.newsru.com” saytına istinadla xəbər verir ki şirkət ilk dron prototiplərini növbəti ilin sonunadək təqdim etməyi planlaşdırır. Onlardan birincisi “Stinger” adlı dördşüalı oktokopter olacaq. Dron teplovizor, yüksək təsvir ölçülü videokamera və 5,56 millimetr kalibrli 100 patronlu “ST Kinetics Ultimax 100 Mk.8” pulemyotu ilə təchiz ediləcək. “Stinger” pilotsuz uçan aparatının nəzərdə tutulan uçuş müddəti 30 dəqiqə, çəkisi 60 kiloqramdır. Drondan istifadə planları barədə məlumat verilmir.

Drondan atış üçün səmərəli istifadə üçün mütəxəssislər tərəfindən pulemyotun faydalı iş əmsalının kompensasiyası məqsədilə xüsusi asma sisteminin yaradılması nəzərdə tutulur. Bir müddət əvvəl şirkət pulemyota malik dron konsepsiyasının həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyən bir sıra sınaqlar keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.