İQTİSADİYYAT


Silahlı Qüvvələr Günü münasibətilə şəhid hərbçilərin övladları üçün robotiks təşkil olunub

Bakı, 26 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı, “Mars Academy”, AREA-Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Engineering for Kids” şirkətinin tərəfdaşlığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə şəhid hərbçilərin övladları üçün robotiks təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə 2016-cı ilin Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün robotiks ustad dərsi təşkil olunub. Eyni zamanda, onlar dron uçuşlarında iştirak edərək əyləncəli dəqiqələr yaşayıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova AZƏRTAC-a müsahibəsində bildirib ki, tədbir çərçivəsində şəhid övladlarının inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil olunub. Uşaqlara robotların işləmə mexanizmləri və dron texnologiyaları, onların yığılması, test edilməsi əyani şəkildə izah edilib.

G.Gözəlova, həmçinin qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində robotexnika dərnəyi fəaliyyət göstərir. Bu dərnəklərdə yay ərzində robotiks kursları və dron uçuşları təlimləri keçirilir. Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları öz seçimləri əsasında istədikləri təlimdə iştirak edə bilərlər.

Qeyd edək ki, sözügedən təlimlər Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün ödənişsiz olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.