REGİONLAR
Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlanıb
İsmayıllı, 26 iyun, AZƏRTAC
İsmayıllıda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeliyində olan klub və mədəniyyət evləri Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, videoçarxlarda milli Ordumuzun şanlı tarixi, keçdiyi çətin və şərəfli yolu barədə ətraflı məlumatlar verilir. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan dərhal sonra Silahl Qüvvələr təşkil edilib, ölkəmiz işğaldan, xarici müdaxilələrdən müdafiə olunmağa başlayıb. Xalq Cumhuriyyətinin süqutundan 70 illik bir müddətdə silahlı qüvvələrimiz yalnız xatirələrdə yaşayıb. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra, ümumilli liderimiz Heydər Əliyev xalqının təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra ordu quruculuğu prossesinə başlanıb. Hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılıb və regionun ən qüdrətli silahlı qüvvələri səviyyəsindədir.
Qeyd edək ki, videoçarxlarda Silahlı Qüvvələr Günü münasibətilə Qubaxəlilli kənd yaradıcılıq evində, İsmayıllı şəhər Yaradıcılıq Klubunda, Qalınçaq, Ağbulaq kənd, Lahıc qəsəbə klublarında fəaliyyət göstərən dərnəklərin üzvləri vətənpərvərlik ruhunda şeirlər səsləndirib, çıxışlar ediblər.