SİYASƏT


Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qobustan rayon bölməsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların uğurlu nəticələrindən söz açıb.

SHXÇDX-nin Qobustan rayon bölməsinin rəisi, polkovnik-leytenant İxdiyar Əhmədov gənclərin Silahlı Qüvvələr sıralarına hazırlanması ilə yanaşı, hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərlə mütəmadi işin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Qobustan rayon Veteranlar Şurasının sədri Abdulhüseyn Ağayev ordu sıralarından ehtiyata buraxılmış gənclərin ölkəmizin sosial-iqtisadi və ictimai həyatında fəallıqları ilə seçiləcəklərinə və layiqli töhfələrini verəcəklərinə əminlik ifadə edib.

Gənclər adından çıxış edən Rövşən Qəhrəmanov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə fəxr etdiklərini, bundan sonra da ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olacaqlarını bildirib.

Tədbirdə hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb. Rayonun müvafiq qurumları və məşğulluq idarəsi tərəfindən ehtiyata buraxılmış gənclərə müxtəlif sahələr üzrə iş təklifi olunub. Gənclərin bəziləri iş təkliflərini qəbul edib, bir neçə gəncin isə əlavə peşə kurslarına cəlb olunması razılaşdırılıb.

Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış gənclərə müxtəlif hədiyyələr təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.