REGİONLAR
Silahlı Qüvvələrə yardım davam edir
Şamaxı, 11 noyabr, AZƏRTAC
Yüzlərlə şamaxılının Şanlı Ordumuzun ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəsinə könüllü olaraq qoşulması ilə bərabər, 4510 nəfər rayon sakini tərəfindən də Silahlı Qüvvələrimizə müxtəlif vasitələrlə yardım edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Silahlı Qüvvələrə Yardım Fonduna rayon icra hakimiyyətinin strukturu və bələdiyyələr tərəfindən 71 min 157 manat, təhsil ictimaiyyəti tərəfindən 148 min 160 manat, səhiyyə işçiləri tərəfindən 19 min 675 manat, Şamaxı Astrofizika Rəsədxanasının işçiləri tərəfindən 8 min 300 manat, habelə, digər idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar tərəfindən 100 min 919 manat, sahibkarlar tərəfindən 19 min 200 manat vəsait köçürülüb. Silahlı Qüvvələrə Yardım Fonduna, ümumilikdə, rayon üzrə 367 min 311 manat vəsait ianə olunub. Bundan əlavə, 3 min manatlıq dərman vasitələri, 17 min manatadək ərzaq və qeyri-ərzaq məhsulları, 5 min manatlıq geyim, 100-dən çox yorğan və döşək dəsti göndərilib.
Şamaxı rayonundan Silahlı Qüvvələrə yardım davam edir.