CƏMİYYƏT


Silahlı Qüvvələri Günü münasibətilə regionlarda tədbirlər təşkil olunub

Bakı, 25 iyun, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbirlər keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Hacıqabul və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərində təşkil olunmuş tədbirdə Vətən müharibəsinin iştirakçıları, rayon idarə və müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərkəzlərin benefisiarları olan uşaqlar iştirak ediblər.

Tədbirlərdə çıxış edən natiqlər Silahlı Qüvvələrin yaranması tarixindən, Ordumuzun keçdiyi şərəfli yoldan danışıblar. Qazilər Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, əsgər və zabitlərin döyüşdə göstərdiyi qəhrəmanlıqlardan söhbət açıb, şəhidlərimizin şərəfli ömür yolunun gələcək nəsillər üçün hər zaman örnək olacağını diqqətə çatdırıblar.

Sonra Silahlı Qüvvələr Günü münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində uşaqların Şəhidlər xiyabanına ziyarəti təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.