SİYASƏT


Silahlı Qüvvələrimizin iki zabiti Böyük Britaniyanın nüfuzlu Dartmut Kral Hərbi Dənizçilik Akademiyasından məzun olub

London, 9 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabitləri Sabir Qafarov və Anar Hüseynov Böyük Britaniyanın nüfuzlu Dartmut Kral Hərbi Dənizçilik Kollecindən məzun olublar.

Zabitlərimiz Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində təhsil alıblar.

Məzuniyyət mərasimində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Böyük Britaniyadakı hərbi attaşesi, Birləşmiş Krallıq Silahlı Qüvvələrinin yüksək rəsmiləri və Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər. Böyük Britaniya Silahlı Qüvvələrinin 2-ci baş qərargahının rəisi, ordu generalı Stüart Piç mərasimə ali qonaq qismində qatılıb.

Zabitlərimiz Kollecdə təhsil aldıqları 18 ay müddətində hərbi dənizçilik peşəsi üzrə nəzəri-praktiki bilik və bacarıqlarını təkmilləşdirərək təhsillərini uğurla başa vurublar.

Əsası 1863-cü ildə qoyulan Dartmut Kral Hərbi Dənizçilik Kolleci bu sahədə dünyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Kollecin məzunları arasında Böyük Britaniya kral ailəsinin üzvləri də var.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri,

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.