SİYASƏT


Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təlim kursu keçirilib

Bakı, 24 may, AZƏRTAC 

Mayın 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi - nəzəriyyə və praktika” mövzusunda təlim kursu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hospitalın ərazisində ümummilli liderimiz Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub və xatirəsi ehtiramla anılıb. Dövlət himni ifa edildikdən sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev çıxış edərək endoskopik burun əməliyyatı barədə geniş məlumat verərək cərrahi üsulların əsas məqamlarını izah edib.

Təlimə otuza yaxın iştirakçı cəlb olunub. Təlimçi-həkimlər burun və burunətrafı ciblərin anatomiyası, fiziologiyası, əməliyyata göstəriş olan patologiyaları, radiodiaqnostikası haqqında ətraflı məlumat veriblər.

Otolarinqologiya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Elnur Əkbərovun xroniki polipoz polisinusitli pasiyentin üzərində reallaşdırdığı əməliyyatı iştirakçılar canlı videobağlantı vasitəsilə izləyiblər. Təlim müzakirələrlə davam edib.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.