Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Yolumuz Heydər Əliyev yoludur” devizi altında tədbir keçirilib

Bakı, 7 may, AZƏRTAC 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Yolumuz Heydər Əliyev yoludur” devizi altında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Heydər Əliyev muzey-lektoriyası”nı ziyarət edərək Ulu Öndərin Vətənə və xalqa həsr olunmuş mənalı ömrünün müxtəlif anlarını əks etdirən foto və sənədlərlə tanış olublar.

Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni ifa olunub.

Ümummilli liderimiz Heydər Əliyevin “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” sözlərini tədbir iştirakçılarının diqqətinə çatdıran Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, bu kəlamın əsasında zamanın fövqündə duran, bütün mənalı həyatını dövlətinin, xalqının, millətinin, Vətəninin tərəqqisinə, inkişafına və xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərimizin söz və əməl birliyi dayanır. Gözlərimiz önündə dünyanı heyran qoyan böyük azərbaycanlının əzəmətli obrazı canlanır. Elə bir azərbaycanlının ki, sağlığında xalqımızın qəlbində özünə əbədi yuva qurub, ürəklərdə, arzularda heykəlləşib. İstər Vətəndə, istərsə də doğma diyarımızdan çox-çox uzaqlarda özünü bir an da olsun Azərbaycanımızdan ayrı hiss etməyib, qəlbi həmişə Azərbaycanla birgə döyünüb. Dahi şəxsiyyətin Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şerini söyləyərkən hansı kövrək hissləri keçirdiyinin hər birimiz şahidi olmuşuq.

Qeyd olunub ki, Heydər Əliyev fenomeni təbiətin yüz ildə, min ildə bir dəfə yaratdığı şəxsiyyətlərdəndir. O, Azərbaycanın hüdudlarına sığmayan dünya səviyyəli siyasətçi, uzaqgörən və istedadlı idarəçiliyi sayəsində respublikamızın inkişafını, bugünkü mövqeyə çatmasını təmin edən ölkə başçısı, bütün çətinliklərdən, ən ağır sınaqlardan üzüağ çıxmağı bacaran rəhbər kimi qiymətləndirilir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun taleyinə Heydər Əliyev kimi xilaskar düşüb. Məqsədi doğma Azərbaycan olan Heydər Əliyev 16 il öncə cismən bizi tərk etsə də, ürəklərdə yaşayır. Heydər Əliyev ideyaları xalqımızı daha parlaq gələcəyə aparır. Onun başa çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri layiqli davamçısı, özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev və yüzlərlə minlərlə Əliyevçilər uğurla həyata keçirirlər. Nə qədər ki Azərbaycan xalqı və dövləti var, Heydər Əliyev əbədi yaşayacaqdır.

Xalqımızın böyük oğlu Heydər Əliyevin səsi ilə təqdim edilən “Azərbaycan” şeirinin son misralarını bütün tədbir iştirakçıları ayağa qalxaraq birlikdə səsləndiriblər.

Xalq artisti, “Şöhrət” ordenli Niyaməddin Musayev Ulu Öndərə həsr etdiyi “El atası” mahnısını böyük şövqlə ifa edib, dahi rəhbərlə bağlı xatirələrini bölüşüb.

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev müasir mütəşəkkil Azərbaycan Ordusunun yaranmasında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edərək nəzərə çatdırıb ki, Azərbaycan xalqı bu gün regionun ən güclü Ordusuna malik olduğu üçün ilk növbədə Ulu Öndərimizə minnətdardır. Hələ 48 il öncə Heydər Əliyev böyük uzaqgörənliklə indiki C.Naxçıvanski adına Hərbi liseyi yaratmaqla Azərbaycanın müstəqilliyini bərpa edəcəyini uzaqgörənliklə hiss edir və gələcək ordunun zabit korpusunu yaratmaq barədə planlar qururdu. Ümummilli Liderin sayəsində azərbaycanlı gənclər artıq ittifaqın bütün ali hərbi məktəblərində təmsil olunurdular. Əgər bu hərbi lisey olmasaydı, bugünkü güclü, qüdrətli ordumuz haqqında danışmaq da əbəs idi. Xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı bu təhsil ocağının yüzlərlə, minlərlə məzunu indi müxtəlif qoşun növlərində peşəkar zabit kimi Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edirlər. Onların 20 nəfərdən çoxu ali hərbi rütbələrə çatıb, “Azərbaycanın Milli Qəhrəmanı” adına yüksəliblər.

General-mayor Rasim Əliyev vurğulayıb ki, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ordunun maddi-texniki bazası gündən-günə möhkəmlənir, yeni texnikalar, zenit-raket kompleksləri, artilleriya qurğuları, aviasiya vasitələri, silah-sursat alınır, hərbi şəhərciklər inşa edilir, hərbi qulluqçuların mənzil-məişət şəraiti daha da yaxşılaşdırılır, onların sosial müdafiəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2016-cı ilin Aprel döyüşləri zamanı Füzuli, Cəbrayıl, Ağdərə bölgəsində və ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasında həyata keçirilən döyüş əməliyyatlarında Azərbaycan əsgəri bir daha göstərdi ki, ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir. Ali Baş Komandan İlham Əliyevin də dəfələrlə dediyi kimi, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir.

“Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, tənqidçi, tərcüməçi İntiqam Qasımzadə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyat və incəsənətinin inkişafındakı əvəzolunmaz xidmətlərindən bəhs edib, Heydər Əliyevlə bağlı xatirələrini bölüşən İ.Qasımzadə Azərbaycan Ordusunun uğurlarından qürur hissi keçirdiyini bildirərək deyib: “Müasir Azərbaycan Ordusu mənim də gözlərim önündə yaranıb, formalaşıb. Etiraf etməliyik ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı ilə çevik və mütəşəkkil ordu yarandı, ilk uğurlara nail olduq. Ordumuz Heydər Əliyevin simasında əsl Ali Baş Komandanını tanıdı. Mən də bütün vətəndaşlarımız kimi sevinirəm ki, bu gün güclü, qüdrətli ordumuz var. Mətin, qəhrəman əsgərlərimiz var və İlham Əliyev kimi müdrik və qətiyyətli baş sərkərdəmiz var. Ötən il keçirilən möhtəşəm hərbi paradlarda ordumuz öz gücünü bütün dünyaya göstərdi. Bu, dostlarımızı nə qədər sevindirdisə, düşmənlərimizi də bir o qədər məyus etdi. Əgər Qarabağ uğrunda yenidən döyüşlər başlayacaqsa, mən də Vətənin müsəlləh bir əsgəri kimi silaha sarılacağam”.

Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla iki dəfə “Azərbaycan Bayrağı” ordeninə layiq görülən ehtiyatda olan polkovnik Şair Ramaldanov Ulu Öndərin Ali Baş Komandanlığı ilə keçirilən uğurlu Horadiz əməliyyatı barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, 1993-cü ilin dekabrından başlayaraq, 1994-cü il yanvarın 6-dək davam edən bu əməliyyat zaman Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edildi. Bu əməliyyat zamanı göstərdikləri şəxsi rəşadət və igidliyə görə 8 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Xeyli texnika, silah-sursat qənimət götürüldü. Şəxsi heyətin döyüş ruhu, qələbə əzmi daha da yüksəldi. Ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu. Bütün bunlar yalnız Ulu Öndərin sayəsində mümkün oldu.

Tədbir Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, eləcə də Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə “Ürəklərdə, nəğmələrdə yaşayır Ulu Öndərimiz” adlı ədəbi-musiqili kompozisiya ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir