SİYASƏT


Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb - SƏRƏNCAM

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş bir qrup hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Bu şərəfli ada Azərbaycan Silahlı Qüvvələrinin 82 hərbi qulluqçusu layiq görülüb. Onların sırasında 2 general-leytenant, 2 general-mayor, 10 polkovnik və başqaları var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.