SİYASƏT


Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir

Bakı, 21 may, AZƏRTAC

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyəti ilə bağlı verilən tapşırıqlar xəritələr üzərində işlənilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə edilən və yerlərdəki komandirlərdən daxil olan məlumatlar xəritələrdə əks olunur. Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr icra edilməsi məqsədilə sərəncam şəklində müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Eyni zamanda, səhra şəraitində yaradılan əsas komanda məntəqəsinin atəşlə zərərvurmanın planlaşdırılması qrupu tərəfindən döyüşün gedişində atəşlə tələfat verilməsini səmərəli təmin etmək məqsədilə düşmənin mühüm hərbi hədəfləri seçildikdən, aviasiya, zenit-raket və artilleriya qurğuları, həmçinin digər atəşlə zərərvurma vasitələri arasında bölüşdürüldükdən sonra müvafiq komandalar qoşunlara ötürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.