CƏMİYYƏT


Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü Nəsimi rayonunda qeyd olunub

Bakı, 24 iyun, AZƏRTAC

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü Nəsimi rayonunda qeyd olunub.

Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev Nəsimi rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilən tədbirdə iştirak ediblər.

Tədbirdə Nəsimi rayon veteranlar təşkilatının sədri Validə Vəliyeva, birinci Qarabağ müharibəsi veteranı Tariel Eyvazov, Vətən müharibəsinin iştirakçıları Mətləb Əhmədov, Rövşən Rzayev, Nifi Məmmədov, Elçin Əhmədov və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəsimi rayon veteranlar təşkilatının sədri Validə Vəliyeva çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edib.

Polkovnik Adil Haqverdiyev çıxışında Azərbaycan Ordusunun yaranma tarixindən bəhs edib, tarixin bütün dönəmlərində Azərbaycan xalqının dünya hərb sənətinə böyük sərkərdələr bəxş etdiyini bildirib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Ordusu durmadan inkişaf edir. Azərbaycan xalqı İlham Əliyevin Müzəffər Ali Baş Komandanı olduğu Rəşadətli Azərbaycan Ordusu ilə qürur duyur.

Müharibə veteranları Azərbaycan Ordusunun zəfər yürüşündən bəhs edib, 44 günlük Vətən müharibəsinin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.