DÜNYA


Silahlı toqquşma nəticəsində üç İran sərhədçisi həlak olub

Tehran, 10 iyul, AZƏRTAC

İranın cənub-şərqində sərhədçilərlə silahlı qruplaşma arasında toqquşma baş verib. Silahlı toqquşma nəticəsində 3 sərhədçi həlak olub.

Bu barədə məlumat verən İranın Sistan və Bəlucistan valisinin təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Hadi Mərəşi bildirib ki, terror qruplaşması qaçaqmalçılıq yolu ilə İrana silah-sursat keçirməyə cəhd edib. Bu barədə məlumat alan Səravan sərhəd zastavasının əsgərləri dərhal əməliyyat həyata keçirərək silah qaçaqmalçılığının qarşısını alıblar. Terrorçular sərhədçilər tərəfindən yaxalanacaqlarını başa düşərək silahlı müqavimət göstəriblər. Lakin sərhədçilər terrorçulara cavab verərək qaçaqmal olan silah-sursatı müsadirə edib qaçaqmalçıları məhv ediblər. Silahlı toqquşma zamanı 3 sərhədçi şəhid olub. Terrorçular İrana 10 mina, 11 “Kalaşnikov” avtomatı, 1 raket əleyhinə RPG qurğusu, çox sayda əl qumbarası keçirməyə cəhd ediblər.

İran mətbuatı məlumat verir ki, son vaxtlar İrana qarşı törədilən belə təxribatların sayı artıb. Məqsəd isə İranda sabitliyi pozmaqdır. Lakin İranın xüsusi xidmət orqanları və silahlı qüvvələri bu kimi təxribatların qarşısını bundan sonra da qətiyyətlə alacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.