CƏMİYYƏT


“Silinməz yazıdır 20 Yanvar!” mövzusunda məktəblilər arasında inşa-yazı və rəsm müsabiqəsi keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Nərimanov rayonunda “Silinməz yazıdır 20 Yanvar!” mövzusunda məktəblilər arasında keçirilmiş inşa-yazı və rəsm müsabiqəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, altı gün davam edən müsabiqə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilib. Münsiflər heyətinin qərarına əsasən, rəsm müsabiqəsində Azər Əliyev (193 nömrəli tam orta məktəb) və Murad Hüseynov (“Tərəqqi” liseyi) birinci yerə layiq görülüblər. İnşa-yazı müsabiqəsində isə birinci yeri Fidan Həmidzadə (Məktəb-Lisey Kompleksi) və Fatimə Həsənli (“Tərəqqi” liseyi) tutublar.

Qaliblər müvafiq dərəcəli diplom, fəxri fərman və medallarla təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.