İQTİSADİYYAT


“Silk Way West Airlines” Çinin daha bir şəhərinə reyslər açır

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” şirkəti Bakıdan Çinin böyük şəhərlərindən biri olan Tiencinə yeni reys açır.

“Silk Way West Airlines”ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aviaşirkət Tiencinə yeni reysi həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetirəcək. Bu marşrut aviaşirkətin Bakıdakı yerli habını Şimali Çində aparıcı sənaye mərkəzlərindən biri ilə birləşdirəcək.

“Bu reys strateji boşluğu aradan qaldıracaq və sürətlə inkişaf edən Şimali Çində yük aviadaşımaları xidmətlərinin tam spektrini göstərməyə imkan verəcək. Xüsusilə, şərq və qərb istiqamətlərində maşınqayırma və aviasiya sənayesi sahəsində mallara böyük tələbat var”, - deyə “Silk Way West Airlines”ın prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.