İQTİSADİYYAT


“Silk Way West Aviaşirkəti” MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib

“Silk Way West Aviaşirkəti” MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Way West Aviaşirkəti” MMC-nin ümumi dəyəri 25 milyon dollar olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 25 min ədəd, nominal dəyəri 1000 dollar, illik faiz dərəcəsi 5 faiz, tədavül müddəti 3 ildir. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.