İQTİSADİYYAT


“Silk Way” hava gəmiləri parkına daha bir “Boeing-747” yük təyyarəsi əlavə edib

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way” aviaşirkəti hava gəmiləri parkına daha bir “Boeing-747” yük təyyarəsi əlavə edib.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, bu, “Silk Way” tərəfindən istismar olunacaq 10-cu “Boeing-747” tipli təyyarədir. Yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək. Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü şərq və qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb. Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni geniş füzelyajlı uzaq magistrallı “Boeing 747-8F” təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.