DÜNYA


Silvio Berluskoni İtaliyada keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək niyyətindədir

Roma, 11 avqust, AZƏRTAC

İtaliyanın sabiq Baş naziri və “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni sentyabrın 25-də keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyi düşünür.

AZƏRTAC xəbər verir ki, S.Berluskoni seçkilərdə Senatın sədri postuna namizədliyini irəli sürməyi düşündüyünü bildirib.

“Senatın sədrliyinə namizəd olmaq fikrindəyəm. “İrəli İtaliya” Partiyasından savayı, müxtəlif insanlar namizəd olmağımla bağlı istəklərini ifadə ediblər. Bu, hər birimiz üçün yaxşı qərar olacaq”, - deyə o qeyd edib.

S.Berluskoni mərkəz sağ ittifaq daxilində liderlik mübarizəsi ilə çox da maraqlanmadığını bildirib.

Qeyd edək ki, 85 yaşlı S.Berluskoni 1994-cü ildən siyasətlə məşğul olur. O, İtaliyanın respublika kimi idarə olunduğu 1946-cı ildən bəri ən uzun müddətə Baş nazir postunda qalıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.