Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Şimal-Cənub dəhlizinə artan maraq Azərbaycanın bu layihəyə cəlb olunmasının uğurlu olduğunun göstəricisidir

Şimal-Cənub dəhlizinə artan maraq Azərbaycanın bu layihəyə cəlb olunmasının uğurlu olduğunun göstəricisidir

Tehran, 12 yanvar, AZƏRTAC

Hindistan İranın Çabahar limanının yenidən qurulması üçün 2 milyard dollar həcmində sərmayə yatırdıqdan sonra limanın bir hissəsi bu ölkənin şirkətinin idarəçiliyinə verildi. Hindistanın Çabahar limanına maraq göstərməsi təsadüfi xarakter daşımır. İnkişaf edən iqtisadiyyat idxal ixrac əməliyyatlarının həcminin artmasına səbəb olub.

İran hökuməti Çabahar limanını Azad İqtisadi Zona (AİZ) elan edib. Çabahar AİZ-nın Direktorlar Şurasının sədri Əbdülrəhim Kardi bildirib ki, burada 3000 şirkət qeydiyyata alınıb, onlardan 400-ü 15 xarici dövlətə məxsusdur. Hələlik limanın yükaşırma gücü ildə 8,5 milyon tondur. Liman tam yenidən qurulduqdan sonra yükaşırma imkanı 15 milyon tona çatacaq. Bundan başqa Çabahar-Zahedan şəhərləri arasında dəmir yolu xətti də çəkilir və 3 ildən sonra yol istismara veriləcək.

Qeyd etmək lazımdır ki, müəyyən siyasi prosesləri nəzərə alan ABŞ İrana qarşı iqtisadi sanksiyaları gücləndirsə də Çabaharı sanksiyalar siyahısından çıxarıb. Bunun səbəbini aşağıda göstərəcəyik.

İranın Sakit Okean sahilində yeganə limanı olan Çabaharın inkişafı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam olaraq formalaşmasında mühüm rola malikdir. Cənubdan Şimala və əks istiqamətə yüklərin daşınması məhz Azərbaycan ərazisindən istifadə olunaraq həyata keçiriləcək. Azərbaycan ilə İranın dəmir yolları sistemləri Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti ilə artıq birləşib və Rusiya ilə İran arasında idxal-ixrac əməliyyatları həyata keçirilir. Lakin Şimal-Cənub dəhlizi Asiya ilə Avropanı birləşdirir. Bu dəhlizlə Asiya ölkələrinin ixrac yükləri Çabahara oradan isə Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsilə Azərbaycan və Rusiya ərazilərindən keçməklə Avropaya daşınacaq.

Yanvarın 9-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Hindistana səfəri bir daha göstərdi ki, rəsmi Dehli nəqliyyat sahəsində İran ilə əməkdaşlıq etməkdə qərarlıdır. Hindistanın nəqliyyat naziri Nitin Kadkari M.C.Zərif ilə görüşündə bəyan etdi ki, onun ölkəsi Şimal-Cənub dəhlizinin formalaşmasında maraqlıdır və buna görə də Çabahar limanının genişlənməsində fəal iştirak edəcək.

Qeyd etmək lazımdır ki, Şimal-Cənub dəhlizinin formalaşmasında və İranın limanlarının inkişafında maraqlı olan təkcə Hindistan deyil. Ötən həftə Avstraliyanın İrandakı səfiri Yan Biggs İranın Sənayenin İnkişafı Təşkilatının sədri Nuri Əhmədi ilə görüşündə bildirib ki, iki ölkə dəniz nəqliyyatı sahəsində yaxın əməkdaşlıq edərək idxal-ixrac əməliyyatlarını daha səmərəli şəkildə həyata keçirməlidir. Səfir Bəndər Abbas limanına səfər edərək limanın imkanları ilə tanış olub. Bu fakt onu deməyə əsas verir ki, Avstraliya nəqliyyat əlaqələrini İran ilə məhdudlaşdırmaq fikrində deyil. Avstraliya da Avropa və dünyanın digər bölgələri ilə iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir. Bunun üçün isə səfirin dediyi kimi dəniz nəqliyyatı sahəsində əməkdaşlıq zəruridir.

Bütün deyilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, dəhlizin formalaşması istiqamətində atılan addımlar Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək. Asiya dövlətlərinin Şimal-Cənub dəhlizinə yüksək maraq göstərməsi Prezident İlham Əliyevin Azərbaycanı bu beynəlxalq nəqliyyat layihəsinə cəlb etməsinin nə qədər uğurlu olduğunun göstəricisidir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan ərazisindən yüklərin Avropaya daşınması həm Rusiya, həm də Türkiyə üzərindən həyata keçirilə bilər. Bunun üçün ölkəmizdə infrastruktur tam hazır vəziyyətdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Asiya ölkələrinin diqqətindən yayınmayıb. Bu ölkələrin rəhbərləri bilirlər ki, yüklər Azərbaycana çatdıqdan sonra, Avropaya daşınması heç bir problem yaratmayacaq. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan islahatlar öz bəhrəsini verməkdədir. Bu islahatlara neft gəlirlərindən səmərəli istifadə etməklə nail olunub. Neft gəlirləri Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət limanı, Ələt-Astara magistral yolu və yüzlərlə digər infrastruktur iqtisadi layihələr yönəldilib ki, bunlar da bu gün Azərbaycanı dünya üçün cəlbedici məkana çevirib.

ABŞ-ın Çabahar limanını iqtisadi sanksiyalardan azad etməsinə gəlincə isə Hollandiyanın Leyden Universitetinin siyasi elmlər kafedrasının İran əsilli professoru Məhəmmədbağır Fərruxun fikirlərini qeyd etmək lazımdır. Tehran Universitetində mühazirə oxuyan professor bildirib ki, ABŞ Çabaharı öz milli maraqlarına uyğun olaraq sanksiyalar siyahısından çıxarmaq məcburiyyətində qalıb. Çünki Şimal-Cənub dəhlizinin formalaşmasında mühüm amil olan Çabahar Hindistan və Rusiya ilə yanaşı Avropa dövlətlərinin də iqtisadi maraqlarını ehtiva edir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

BMU-da əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb