İQTİSADİYYAT


“Şimal-Cənub” nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı məsələləri müzakirə edilib

Moskva, 3 noyabr, AZƏRTAC

Rusiyanın Şimali Qafqaz işləri naziri Sergey Çebotaryov İranın bu ölkədəki səfiri Mehdi Sanai ilə görüşüb. Görüşdə İran, Rusiya və Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində infrastrukturun inkişafı məsələləri də müzakirə olunub.

AZƏRTAC Rusiya Şimali Qafqaz İşləri Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə elm və təhsil sahəsində əməkdaşlıq, İran, Rusiya və Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı, Xəzər hövzəsindəki dəniz limanlarının inkişafına dair tədbirlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Çebotaryov bildirib ki, hazırda Rusiya ilə İran arasında əmtəə dövriyyəsi 1,7 milyard dollara yaxındır və bu göstərici gələcəkdə daha artacaq. Biz çalışırıq ki, İran Rusiyanın on başlıca tərəfdaşı siyahısına daxil olsun.

İran səfiri 2017-ci ildə Şimali Osetiya-Alaniya Respublikasında “Şimali Qafqaz və İran: əməkdaşlıq tarixi və perspektivləri” mövzusunda keçirilən konfransın əhəmiyyətini vurğulayıb, gələn il İranda belə forumun təşkil olunmasını təklif edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.